"Mançester Siti"dən 110 milyon avroluq transfer

"Mançester Siti" "Leipziq"in niderlandlı futbolçusu Xavi Simonsu heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

İngiltərə klubu Simons üçün qarşı tərəfə 110 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 21 yaşlı futbolçunun "Leipziq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 8 qol və 5 asistlə yadda qalıb.