"Mançester Yunayted" 36 yaşlı futbolçu ilə müqaviləni uzadıb
Müdafiəçi Coni Evans daha bir il "Mançester Yunayted"də qalacaq.
Sportline.az Sport24.ru-ya istinasla xəbər verir ki, 36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Evans Mançester klubunun yetirməsidir. O, keçən yay 8 il ayrılıqdan sonra doğma klubuna geri qayıtmışdı.
Qeyd edək ki, təcrübəli müdafiəçi ötən mövsüm 30 oyunda mankunyanların formasını geyinib.
2006-cı ildən Şimali İrlandiya millisinin şərəfini qoruyan Evans ölkəsi ilə çıxdığı 104 oyunda 6 qol vurub.