"Mançester Yunayted" Osimhen üçün hərəkətə keçib
"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimenə Avropa nəhəngi "Mançester Yunayted" elçi düşüb.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
"Qalatasaray" Osimhen üçün 150 milyon avro qiymət müəyyənləşdirib. Futbolçunun maaşı bu məbləğə daxil deyil.
Qeyd edək ki, Viktor Osimhen 2025 ci ildə 75 milyon avro qarşılığında "Napoli"dən "Qalatasaray"a transfer olub.
Onun İstanbul klubu ilə 30 iyun 2029-cu ilə kimi müqaviləsi var.