"Mançester Yunayted" PSJ-nin futbolçusu ilə maraqlanır
Ten Haq rəhbərliyində yeni mövsümün hazırlıqlarını davam etdirən "Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirəcək.
Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, qırmızı şeytanlar PSJ-də çıxış edən Manuel Uqarte üçün rəsmi təklif göndərib.
Fransa klubu isə edilən təklifdən məbləğ olaraq razı qalmayıb və geri çevirib. "Mançester"in uruqvaylı futbolçu üçün cəhdlərini davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, Uqarte 2023-cü ildə 60 milyon avro qarşılığında "Sportinq"dən PSJ-yə keçib.O, bu mövsüm Paris klubu ilə çıxdığı 37 oyunda 3 asist edib.