"Mançester Yunayted" "Southempton"a elçi düşüb
"Mançester Yunayted" "Southempton"un inggiltərəli futbolçusu Tayler Diblinqi transfer etmək istəyir.
Sportline.az jurnalist Kris Veelerin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" mövsümün sonunda Diblinq üçün "Sounthempton"a rəsmi təklif göndərəcək.
19 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 25 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Diblinq bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 4 qol və 2 asist müəllifi olub.
Onun "Sounthempton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.