"Mançester Yunayted"dən yeni həmlə

"Mançester Yunayted" "Bormunt"un futbolçusu Tayler Adamsı heyətinə qatmağı düşünür.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, ABŞ millisinin üzvü bu mövsüm meydana çıxdığı 16 matçda 2 qol, 1 asistlə yadda qalıb.