"Mançester Yunayted"ə "yox" dedi

“Mançester Yunayted” “Vulverhempton”un futbolçusu Raul Ximenezə trasfer təklifi göndərib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu haqda 29 yaşlı hücumçu özü danışıb. O, təklifi qəbul etmədiyini bildirib:

“Yuventus”dan transfer təklifi gəlmişdi. Bundan sonra da “Mançester Yunayted”in  transfer istəyini öyrəndim. Amma heç bir razılaşma olmayıb və müqavilə imzalanmayıb. Həqiqət budur ki, “Vulverhempton”da xoşbəxtəm”.

Qeyd edək ki, Ximenez ötən mövsüm iştirak etdiyi bütüb matçlarda toplam 27 qola imza atıb. O, cari  mövsüm 8 oyuna çıxaraq, 4 qol vurub.