Mançesterdə şok zədə
"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martinez ayağından zədə aldığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Sportline.az xəbər verir ki, argentinalı futbolçu sentyabrın 3-də “Arsenal”la keçirilən oyunda (1:3) zədələnib.
Bundan sonra Martinez komandanın "Brayton" (1:3) və "Bavariya" (3:4) ilə növbəti iki görüşündə iştirak edib.