"Marsel" baş məşqçi məsələsini həll etdi

"Marsel" klubu baş məşqçi mövzusuna son qoyub.

Sportline.az xəbər verir ki, Fransa təmsilçisi "sükanı" italiyalı Roberto De Zerbiyə həvalə edəcək.

Bu haqda klubdan məlumat yayılıb.

Marsellilərin De Zerbi ilə prinsipial razılıq əldə etdiyi bildirilir. 

Qeyd edək ki, italiyalı baş məşçqinin son iş yeri İngiltərənin "Brayton" klubu olub.