"Marsel"i italiyalı çalışdıra bilər

"Brayton"un sabiq çalışdırıcısı Roberto De Zerbi karyerasını Fransada davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki. italiyalı mütəxəssis "Marsel"in baş məşqçisi postuna əsas namizəddir.

Bu haqda tanınmış jurnalist Nikola Skira X sosial şəbəkəsində məlumat yayıb.

Onunla 2027-ci ilədək müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, De Zerbi mayın 18-də qarşılıqlı razılaşma əsasında "Brayton"dan ayrılıb.