Matiç komandadan ayrılır

“Mançester Yunayted”in futbolçusu Nemanya Matiç qış transfer pəncərəsində klubdan ayrılmaq niyyətindədir.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ona daha çox oyun şansı veriləcəyi bir komanda axtarışındadır.

Bundan əlavə, Matiç “Mançester Yunayted”lə çempionluq qazanmayıb. Serbiyalı oyunçu əvvəlki klubu “Çelsi” ilə 3 dəfə Premyer Liqanın qalibi olub.

Qeyd edək ki, Matiç 2017-ci ildən “Mançetser Yunayted”də çıxış edir.