Maurisio Sarri: "Boka Xuniours"un baş məşqçisi olmağı arzu edirəm

"Çelsi", "Yuventus" və "Napoli" kimi klubların sabiq baş məşqçisi Maurisio Sarri "Boka Xuniors"u çalışdırmaq istədiyini bildirib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, italiyalı mütəxəssis yerli mətbuata verdiyi müsahibədə bu fikirləri səsləndirib.

""Boka Xuniors"un yeni baş məşqçisi olmaq mənim üçün bir arzudur. Bu çılğın bir xəyaldır, necə olacağını bilmirəm, amma bir gün "Boka"da çalışmaq istərdim" deyə 65 yaşlı mütəxəssis bildirib.

Qeyd edək ki, Sarrinin son klubu "Latsio" olub.O, 2021-2024-cü illərdə çalışdırdığı paytaxt klubu ilə 137 oyunda 1.64 xal ortalaması toplayıb.