Mauro İkardi ayrılıq
İstanbulun “Qalatasaray” klubunda keçirdiyi 4 mövsümün ardından sarı-qırmızılı azarkeşlərin sevimlisinə çevrilən Mauro İkardinin İstanbul macərası yekunlaşıb.
Sportline.az xəbər verir ki, müqaviləsi başa çatan və rəhbərliklə yeni şərtlərdə razılığa gələ bilməyən argentinalı superulduzun növbəti ünvanı artıq dəqiqləşir.
Təcrübəli futbolçunun adı İtaliya nəhəngi “Latsio” ilə hallanmağa başlayıb. İyulun əvvəlindən azad agent statusu daşıyan 33 yaşlı hücumçunun karyerasını yenidən İtaliyada davam etdirməyə isti yanaşdığı və transferin an məsələsi olduğu bildirilir.