Maykl Ouenin qızı atasını biabr etdi

Əfsanəvi futbolçu Maykl Ouenin qızı Gemma milyonlarla insanın izlədiyi "Eşq adası" (“Love Island”) adlı tanışlıq proqramına qatılıb.  

Sportline.az xəbər verir ki, onun çimərlik geyimində kişi iştirakçıların önündə dövrə rəqsi və onlardan Luka Bişi öpməsi gündəmə damğa vurub.

Sosial mediada müzakirə mövzusuna çevrilən Gemmanın bu addımına atası da münasibət bildirib. Maykl Ouen həmin paylaşıma "Twitter" hesabından gözlərini bağlayan emoji atıb.