Mbappe Fransa millisinin məşqinə çıxmadı

Kilian Mbappe Fransa millisinin Avropa çempionatı öncəsi bugünkü məşqində iştirak etməyib.

Sportline.az xəbər verir ki, ulduz forvard ümumi qrupdan ayrı fərdi məşqlə kifayətlənib.

Bu haqda jurnalist Fabris Houkins X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, millinin kapitanı Lüksemburla oyunda (3-0) aldığı zədədən əziyyət çəkir. 

Ayağındəkı zədə azmış kimi, onun belində də ağrılar olduğu bildirilir.

Həkimlərin qənaətincə, Mbappe Avropa çempionatının startında optimal formada olmaya bilər.