Mbappe gələn həftə "Real" Madridin futbolçusu olacaq

 

PSJ-nin hücumçusu Kilian Mbappe gələn həftə "Real" Madridin yeni oyunçusu kimi ictimaiyyətə təqdim olunacaq.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın Marca nəşri məlumat yayıb.

Transfer azad agent statusunda gercəkləşəcək. Futbolçu gələn həftə Madridə gəlməyi planlaşdırır.

Xəbərdə bildirilir ki, fransalı futbolçunun təqdimatı "Santiaqo Bernabeu Stadionu"nda keçiriləcək. 

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində 48 oyunda 44 qol vurub, 10 asist edib.