"Medalımı xalqımıza həsr edirəm"

Azərbaycan Uşu Federasiyasının idmançısı 56 kq çəki dərəcəsində Orxan Hətəmov Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilən Dünya Döyüş Oyunlarında bürünc medal qazanıb.

İdmançımı təəssüratlarını Sportline.az saytına bildirib:

"Medalımı xalqımıza həsr edirəm. Çətin döyüşlər oldu. Sona qədər mübarizə apardım. Yekunda medal qazanmağıma görə xoşbəxtəm".