Meksika çempionatında gözlənilməz qonaq

Meksika çempionatının ikinci divizionunun 11-ci turunun "Alebrijes de Oaxaka" - "Dorados de Sinaloa" matçında (4:0) it meydançaya qaçaraq topu futbolçulardan alıb.

Sportline.az xəbər verir ki, hadisə ikinci hissəyə əlavə olunmuş vaxtda baş verib. Topu dişləri ilə tutan it onunla tam bir dəqiqə qaçıb. Stüardlar böyük çətinliklə heyvanı tutub ondan topu ala biliblər.

"Alebrijes de Oaxaka" 12 xalla Meksika çempionatının turnir cədvəlində 11-ci yerdədir. "Dorados de Sinaloa" 6 xalla 15-ci yerdədir.