Məşhur futbolçu həbsdən çıxır
Moskva "Spartak"ının niderlandlı futbolçusu Kvinsi Promes yenidən Rusiyaya qayıtmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərini tərk etmək üzrədir.
Rusiya mətbuatında yayılan məlumatda bu məsələ iki dövlərin nazirlikləri səviyyəsində həll olunur.
Xatırladaq ki, bu ilin fevral ayının 24-də Amsterdam məhkəməsi Promesi narkotik qaçaqmalçılığına görə 6 il azadlıqdan məhrum etmişdi.
O, "Spartak"ın BƏƏ-dəki təlim-məşq toplanışından qayıdarkən həbs olunmuşdu.