Məşhur futbolçu karyerasını bitirdi

Danimarka futbolunun ən tanınmış simalarından olan Simon Kyer karyerasını bitirib.

Sportline.az xəbər verir ki, 35 yaşlı futbolçu bunu özü elan edib.

"Bu səhifəni bağlamağın əsl vaxtıdır. Bu haqda ötən ildən düşünürdüm. Avropa çempionatından sonra fikrimi qətiləşdirsəm də, nöqtəni indi qoymaq qərarını verdim", - deyə Kyer "TV 2"-yə müsahibəsində bildirib.

Qeyd edək ki, 2020-ci il Avropa çempionatının bürünc mükafatçısının son klubu "Milan" olub.