Məşhur futbolçunun onurğası qırılıb
Leverkuzen "Bayer"inin futbolçusu Esekiel Palasiosun onurğası qırılıb.
Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Paraqvayla matçda zədələnib.
Palasio rəqibin futbolçusu Anxel Romero ilə mübarizədə xəsarət alıb. Onun bir neçə aydan sonra sıraya dönəcəyi bildirilib.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.