Məşhur idmançı karyerasını bitirməyə hazırlaşır

Məşhur boksçu Entoni Coşua karyerasını bitirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, britaniyalı "dəri əlcək ustası" gələn il bu addımı ata bilər.

Bu haqda onun meneceri Eddi Xirn məlumat yayıb.

O, "Manchester Evening News" nəşrinə açıqlamasında "Bu, Coşua üçün idmanda son il ola bilər", - deyb.

Qeyd edək ki, Entoni Coşua son döyüşünü sentyabr ayında keçirib.

O, 5-ci raundda həmvətəni Daniel Dübuaya nokautla məğlub olmuşdu.