Məşhur idmançı küçədə azarkeşi vurdu
UFC-nin orta çəkidə 5-ci idmançısı sayılan Şon Striklend qalmaqalla gündəmə gəlib.
Sportline.az xəbər verir ki, o, küçədə orta çəkinin hazırkı çempionu İsrael Adesanyaya uğurlar arzulayan fanatını vurub.
Striklend bunu döyüşqabağı mətbuat konfransında deyib: "Birbaşa qarnına! Avstraliyada olduğum ilk gündəcə başıma belə bir iş gəldi. Əvvəlcə elə bildim ki, həmin oğlan şəkil çəkdirmək istəyir. Bunu normal qarşılayardım. Amma, ağzına gələni danışanı mütləq vurmalıyam. Qarnına apperkot zərbə endirdim. Amma, onu bir də görsəm, şikayət etmədiyi üçün minnətdarlığımı bildirərəm".
Qeyd edək ki, Striklendlə Adesnya sentyabrın 9-da Sidneydə üz-üzə gələcək.