Məşhur idmançımız İran çempionu oldu

İranın yunan-Roma güləşi üzrə klub çempionatına yekun vurulub. 

Sportline.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Yəzd şəhərində keçirilmiş yarışda Eldəniz Əzizlinin çıxış etdiyi “İran Mall” çempion olub.

Azərbaycanlı dünya və Avropa çempionu, yarış ərzində iki görüş keçirib. Əzizli əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabı ilə məğlub edib. O, daha sonra Masib Əkbərini üstələyib - 10:2. 

Qeyd edək ki, bu komanda dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.