Messi ilə Neymar yenidən bir komandada oynaya bilər

Neymarın "İnter Mayami"yə transfer mövzusu yenidən gündəmə gəlib.

Sportline.az xəbər verir ki, komandanın kapitanı Lionel Messi məsələ ilə bağlı sualları cavablandırıb.

Argentinalı ulduz "Infobae.com"a sabiq komanda yoldaşı ilə yenidən bir araya gəlmək imkanlarını belə qiymətləndirib: "Hazırda bu çətin məsələdir. Onun "Əl-Hilal"la bir illik müqaviləsi var. Zədələrə görə mövsümü də demək olar ki, boşa verib. Ona görə də hazırda bu məsələ haqqında nə isə söyləmək çətindir. Gələcəkdə isə hər şey ola bilər.

Qeyd edək ki, Neymarın Messi və Suaresə görə "İnter Mayami"yə keçmək istəyində olduğu bilirilirdi.