Messi nüfuzlu yarışdan imtina etdi
"İnter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi Paris Olimpiadası ilə bağlı qərarını açıqlayıb.
Sportline.az xəbər verir ki, o, sözügedən yarışda iştirak etməyəcək.
"Mən baş məşqçi Maskerano ilə danışdım və bir-birimizi asanlıqla anladıq. Qarşıda Amerika kuboku da var. Hər iki yarışa qatılsam iki-üç ay "İnter Mayami"dən ayrı düşməliyəm. Bu isə düzgün deyil. Həm də, yaş amii var. Ardıcıl iki turnir mənim üçün çox ağır olardı", - deyə Messi "ESPN AR"a fikrini açıqlayıb.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.