"Messini ABŞ Açıq Kubokunun finalına buraxmaq ağılsızlıq olardı"

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino hücumçu Lionel Messinin ABŞ Açıq Kubokunun finalında “Hyuston Dinamo” ilə oyunda (1:2) komandanın heyətindən kənarda qalmasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, Martino bunu zədə ilə əlaqələndirib.

“Bu gün Messini buraxmaq ağılsızlıq olardı. Çox riskli idi. Lionel qarşıdan gələn MLS matçlarında oynayacaq, lakin biz həkimlər qrupunun dediklərinə əsasən qərar verəcəyik”, - deyə Martino “Goal”a açıqlama verib.

Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. O, komandanın heyətində bütün yarışlarda 12 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

36 yaşlı argentinalı səhhətindəki problemlərə görə komandanın son iki oyununu buraxıb.