Meyson Qrinvud "Fənərbağça"da
"Fənərbağça" klubu Meyson Qrinvudun transferi ilə bağlı "Marsel" klubu ilə razılıq əldə edib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı cinah oyunçusu üçün 40 milyon avro və bonuslar ödəyəcək. "TRT Spor"un məlumatına görə, futbolçunun illik maaşı 8 milyon avro olacaq.
Məlumata əsasən, "Mançester Yunayted" ilə aparılan danışıqlar da yekunlaşıb. Razılaşmaya əsasən, İngiltərə təmsilçisi transfer məbləğinin 40 faizini əldə edəcək.