"Milan" A Seriyası tarixinin ən gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb

"Milan" 16 yaşlı hücumçu Françesko Kamarda ilə peşəkar müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə "rossoneri"nin rəsmi saytı məlumat yayıb. Müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Yeniyetmələr səviyyəsində Kamarda 89 matçda 485 qol vurub. Forvard bu yay gənclər komandasından Milan U19-a keçib və italyanların heyətində bütün yarışlarda 25 oyuna 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kamarda ötən mövsüm ağ-qaraların heyətində 2 oyuna iştirak edərək, A Seriyasında meydana çıxan ən gənc oyunçu olub.(15 yaş, 260 gün).Transfermarkt portalında onun transfer dəyəri 10 milyon avrodur.