"Milan" fransalı futbolçunu heyətinə qatıb
"Milan" "Monako"dan fransalı yarımmüdafiəçi Yusuf Fofananı rənglərinə qatıb.
Sportline.az Beinsport.com-a istinadla xəbər verir ki, 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
İtaliya klubu bu transfer üçün Monakoya 25 milyon avro ödəyəcək.
Ötən mövsüm Liqa 1-də 32 oyuna çıxan Fofana bu matçlarda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Fofana AVRO 2024-də Fransa millisi ilə 3 oyun keçirib.