"Milan" "Qalatasaray"ın hücumçusu ilə maraqlanır

"Milan" "Qalatasaray"ın hücumçusunun transferində maraqlıdır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İtaliya nəhənglərindən olan "Milan" argentinalı hücumçu Mauro İkardi ilə maraqlanmağa başlayıb. 

"Qırmızı-qaralar" 31 yaşlı hücumçunu transfer etmək üçün "Qalatasaray" klubuna 18 milyon avro ödəməli olacaqlar. 

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 38 matçda 23 qol, 11 asistlə yadda qalıb.