"Milan" və "Fənərbağça" türkiyəli futbolçu ilə maraqlanır

"Lill' klubu ilə müqaviləsi başa çatan Yusuf Yazıcı "Milan" və "Fənərbağça"nın transfer radarına düşüb.

Sportline.az xəbər verir ki, bu barədə Rusiyanın RMC Sport nəşri məlumat yayıb.

27 yaşlı futbolçu ötən mövsüm Fransa klubunun heyətində 27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

2022-ci ilin ilk dövrəsini futbolçu ÇSKA Moskvada keçirmişdi.

Qeyd edək ki, Türkiyə ilə Avropa Çempionatına yollanan Yusuf, millinin Gürcüstan və Portuqaliya ilə oyunlarında meydanda olub.