"Milan" və "Yuventus" polşalı forvard üçün hərəkətə keçib
"Barselona"nın polşalı forvardı Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" və "Yuventus" 37 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
Qeyd edək ki, Levandovskinin Kataloniya təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.