"Milan"dan "Yuventus"a
"Milan"ın müdafiəçisi Pier Kalulu icarə əsasında "Yuventus"a keçib.
Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçu bu gün Turində tibbi müayinədən keçəcək.Futbolçu ilə 1 illik müqavilə imzalanacaq.
"Yuventus" fransalı futbolçunun tranferi üçün "Milan"a 3 milyon avro ödəyəcək.
Ötən mövsümün böyük hissəsini zədəli keçirən Kalulu Rossoneri ilə bütün turnirlər daxil olmaqla 11 oyuna çıxıb.