"Milan"ın hücumçusu Morata imicində dəyişiklik edib

"Milan"ın hücumçusu Alvaro Morata imicini dəyişib.

Sportline.az xəbər verir ki, "Rossoneri"nin forvardı saçlarını keçəl kəsdirib.

Oyunçunun yeni görüntüsünü sosial media hesabından ("İnstagram") komanda yoldaşı Teo Ernandes paylaşıb.

Morata yayda "Atletiko"dan "Milan"a transfer olunub.

Qeyd edək ki, ispaniyalı bu mövsüm A Seriyasında 3 oyuna 1 qol vurub.