"Milan"ın yarımmüdafiəçisi 3-4 aylığına sıradan çıxıb

"Milan"ın oyunçusu İsmail Bennaser Əlcəzair millisinin heyətində ciddi zədə alıb.

Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, 26 yaşlı futbolçu 2024-cü ildə daha meydana çıxa bilməyəcək.

Bennaser sağ ayağının baldır əzələsindən zədələnib. Oyunçu əməliyyata ehtiyac olub-olmayacağını müəyyən etmək üçün bir həftə sonra yenidən tibbi müayinədən keçəcək.

Mənbənin sözlərinə görə Bennaser 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.