Millətlər Liqası: Azərbaycan Belarusa qalib gəldi

Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. 

Sportline.az xəbər verir ki, yığmamız 4-cü turda Belarusla doğma meydanda qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın qollarını 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar. Beləliklə, millimiz qrupda ilk qələbəsini qazanıb.

Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb. 

Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

Millətlər Liqası, 4-cü tur

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Belarus - 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (Yunanıstan)

"Dalğa Arena".

18:00. Qazaxıstan - Slovakiya - 2:1

Qollar: Voroqovski, 18, Astanov, 39 - Bero, 51

Qırmızı vərəqə: Dudo, 87

Baş hakim: Bram van Direşşe (Belçika)

"Astana Arena"

1

Qazaxıstan

4

3

1

0

6

2

10

2

Slovakiya

4

2

0

2

3

3

6

3

Azərbaycan

4

1

1

2

2

3

4

4

Belarus

4

0

2

2

1

4

2