Millətlər Liqası: Fransa Xorvatiya ilə heç-heçə edib, Qazaxıstan Slovakiyaya qalib gəlib
UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.
Sportline.az xəbər verir ki, A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu qrupda Danimarka Avstriyanı səfərdə 2:1 hesabı ilə üstələyib.
B Liqasının yeganə oyununda İslandiya Albaniya ilə heç-heçə edib - 1:1.
C Liqasının 3-cü qrupunda Azərbaycan seçməsi Serbiyada Belarusla qolsuz bərabərliyə razılaşıb. Qazaxıstan isə gözlənilmədən səfərdə Slovakiyanı minimal hesabla yenib - 1:0
Nəhayət, D Liqasının 1-ci qrupunda Latviya Lixtenşteynə qalib gəlib - 1:0. Andorra - Moldova maçtında isə hesab açılmayıb.
A Liqası
1-ci qrup
Avstriya - Danimarka - 1:2
Qollar: Ksaver Şlager, 67 - Pyer-Emil Höybyerq, 28. Yens Larsen, 84
Xorvatiya - Fransa - 1:1
Qol: Andrey Kramarik, 83 (p) - Adrien Rabyo, 52
Xal durumu: Danimarka - 6, Avstriya - 3, Fransa - 1, Xorvatiya - 1
B Liqası
2-ci qrup
İslandiya - Albaniya - 1:1
Qollar: Daqyur Torsteynsson, 67 - Taulant Süleymanov, 30
Xal durumu: İslandiya - 2, İsrail - 1, Albaniya - 1, Rusiya - (yarışdan kənarlaşdırılıb)
C Liqası
3-cü qrup
Belarus - Azərbaycan - 0:0
Slovakiya - Qazaxıstan - 0:1
Qol: Aslan Darabayev, 26
Xal durumu: Qazaxıstan - 6, Slovakiya - 3, Belarus - 1, Azərbaycan - 1
D Liqası
1-ci qrup
Latviya - Lixtenşteyn - 1:0
Qol: Artur Zyuzin, 73
Andorra - Moldova - 0:0
Qırmızı vərəqə: Viktor Stina (Moldova), 44.
Xal durumu: Latviya - 6, Moldova - 4, Andorra - 1, Lixtenşteyn - 0.