Millətlər Liqası: Portuqaliya Çexiyanı qəbul edir, İspaniya İsveçrənin qonağı olur
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılacaq.
A Liqasının 2-ci qrupunda Portuqaliya Çexiyanı, İsveçrə İspaniyanı qəbul edəcək. İlk iki turdan sonra Portuqaliya və Çexiyanın 4, İspaniyanın 2 xalı var, Hər iki görüşdə məğlub olan İsveçrənin isə xalı yoxdur.
B Liqasının 4-cü qrupunda Sloveniya Norveçin, Serbiya İsveçin qonağı olacaq. İki qarşılaşmada maksimum nəticə göstərən Norveç liderdir. İsveç və Serbiya 3 xala malikdir. Sloveniya isə hər iki matçda uduzub.
UEFA Millətlər Liqası
III tur
A Liqası
2-ci qrup
22:45. Portuqaliya - Çexiya
22:45. İsveçrə - İspaniya
Xal durumu: Portuqaliya - 4, Çexiya - 4, İspaniya - 2, İsveçrə - 0.
B Liqası
4-cü qrup
22:45. Norveç - Sloveniya
22:45. İsveç - Serbiya
Xal durumu: Norveç - 6, Serbiya - 3, İsveç - 3, Sloveniya - 0
C Liqası
2-ci qrup
22:45. Kosovo - Şimali İrlandiya
22:45. Yunanıstan - Kipr
Xal durumu: Yunanıstan - 6, Kosovo - 3, Şimali İrlandiya - 1, Kipr - 1
4-cü qrup
22:45. Cəbəllütariq - Bolqarıstan
22:45. Şimali Makedoniya - Gürcüstan
Xal durumu: Gürcüstan - 6, Şimali Makedoniya, Bolqarıstan - 1, Cəbəllütariq - 0
D Liqası
2-ci qrup
22:45. Malta - Estoniya
Xal durumu: Malta - 3 (1 oyuna), Estoniya - 3 (1 oyuna), San Marino - 0 (2 oyuna)