Milli Belarusla oyuna fərqli heyətlə çıxacaq

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Belarus seçməsi ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, baş məşqçi Canni De Byazi bu oyuna fərqli heyətlə buraxacaq.

Əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də qapını Şahruddin Məhəmmədəliyev qoruyacaq.

Müdafiənin mərkəzində yenə Bəhlul Mustafazadə, Cəlal Hüseynov və Höccət Haqverdi oynayacaq. Maksim Medvedev və Azər Salahlı isə cinahlarda yer alacaq. 

Yarımmüdafiə xəttində də dəyişiklik yoxdur. Eddi İsrafilov, Riçard Almeyda və Emin Mahmudov yenə ilk dəqiqələrdən meydanda olacaq.

Hücum xətti isə bu dəfə fərqli olacaq. İtaliyalı mütəxəssis son iki oyunda ilk dəqiqələrdən oynatdığı Renat Dadaşovla Ramil Şeydayevi bu dəfə ehtiyatda saxlamağa qərar verib. Onların əvəzində Belarusla matçda Namik Ələskərov və Mahir Emreli start heyətdə mübarizəyə başlayacaq:

12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 7. Namik Ələskərov, 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlanacaq.