Millidə yeni baş məşqçi

Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az Bosniya və Herseqovina Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, bu vəzifəyə Savo Miloseviç təyin edilib. İlk məlumatda müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Miloseviç daha əvvəl Serbiyada "Partizan", "Olimpiya" kimi klubları çalışdırıb.