Millimiz Avropa çempionatının 1/4 finalında

Azərbaycanın mini-futbol üzrə yığma komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Sportline.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/8 finalda İsraili məğlubiyyətə uğradıb - 3:0.

Növbəti mərhələdə rəqib Slovakiya - Gürcüstan matçının qalibi olacaq.