Millimiz DÇ 2022-nin püşkatmasında

Azərbaycan millisinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində yer alacağı səbət dəqiqləşib.

Sportline.az xəbər verir ki, hazırda 1175 xalla FIFA reytinqində 114-cü pillədə qərarlaşan yığma püşkatmaya 5-ci səbətdən qoşulacaq.

Canni De Byazinin baş məşqçi olduğu komanda Avropa zonası üzrə reytinqdə 45-cidir. Milli yoldaşlıq matçında Sloveniya, UEFA Millətlər Liqasında isə Monteneqro ilə heç-heçələrə əsasən 4.5 xal qazana bilib.

Azərbaycan seçməsinin 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması mümkün deyil.

Qeyd edək ki, DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.

report.az