Millimiz Rumıniyaya uduzub

Mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb.  

Sportline.az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən AÇ-2022-nin açılış matçında yarışın altıqat qalibi Rumıniya ilə qarşılaşan Elşad Quliyevin rəhbərlik etdiyi milli uduzub - 0:2.

9-cu dəqiqədə hesabda geri düşən milli ikinci topu avtoqoldan buraxıb. Elvin Əlizadə 50-ci dəqiqədə qapıların yerini səhv salıb. 

Qrupun digər görüşündə Albaniya İspaniya ilə 1:1 hesablı sülh bağlayıb.

B qrupunda  yer alan Azərbaycan millisi növbəti görüşünü iyunun 6-da ispanlarla keçirəcək. Oyun Bakı vaxtı ilə 19:00-da başlanacaq.  

Qeyd edək ki, mini-futbol millimiz  Aç-2022-nin startından bir gün əvvəl Slovakiya ilə yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gəlirib. Yığmanın qollarını Təmraz Əmircanov və Tural Nərimanov vurublar.