Millimiz təlim-məşq toplanışı üçün Belarusa yollanacaq
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək.
Sportline.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək.
Voleybolçular səfərə iyulun 9-da yollanacaq. Minskdə komandanın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq.
Milli isə bundan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. İki komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq.
Qeyd edək ki, mayın 15-dən hazırlığa başlayan milli AVRO-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Yığma V İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.