Millimiz yarımfinalda heç-heçə edib
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, millilər iki qarşılaşma keçiriblər.
Hər iki görüş 2:2 hesabı ilə bitib.
Yekunda qalıb bəlli olmadı üçün sabah taybreykdə finala yüksələn tərəf bəlli olacaq.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.