Millimizin baş məşqçisi ilə yollar ayrıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçin AFFA ilə müqaviləsi başa çatıb.

Sportline.az xəbər verir ki, Obradoviç federasiya ilə başa çatan müqaviləni yenilənməyəcəyini söyləyib.

O, dünən AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşdüklərini və razılığın əldə olunmadığını deyib:

“Saat 17:00-da federasiyanın binasında iclas oldu. Sərxan Hacıyevlə 21 yaşadək futbolçulardan ibarət millinin nəticələrini müzakirə etdik. Yeni təklif oldu. Lakin şərtlər imtina etməyimə səbəb oldu. Buna görə, razılığa gələ bilmədik. Yığmaya gələcəkdə uğurlar arzu edirəm”. (Futbol+)