Millimizin hücumçusu rəmzi seçmədə

"Qrasshopper" klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov İsveçrə çempionatında III turun rəmzi komandasında yer alıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu "SofaScore" tətbiqinin dəyərləndirməsinə görə 7,4 balla həftənin "11-liy"indədir. 

Milli komandamızın üzvü bu tur "Yanq Boyz"la qarşılaşmada fərqlənərək komandasını məğlubiyyətdən xilas etmişdi. Bu, onun İsveçrə çempionatında ilk qolu idi.

Xatırladaq ki, "Qrasshopper"in lider "Yanq Boyz"la səfər görüşü Renatın qolu sayəsində 1:1 hesabı ilə başa çatıb.