Millimizin sabiq üzvü də "Turan Tovuz"a keçdi
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şamaxı"dan ayrılan müdafiəçi Tərlan Quliyevlə müqavilə imzalanıb. Azərbaycan millisinin formasını geyinmiş futbolçu 1 illik sözləşməyə qol çəkib.
Tovuz klubu daha əvvəl Kamal Bayramovla Şəhriyar Əliyev (hər ikisi "Şamaxı") və Tərlan Əhmədlini ("Sumqayıt") heyətinə qatıb.