Millimizin üç futbolçusu Bakıya qayıtmayıb
Milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıtmayıb.
Sportline.az xəbər verir ki, koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalıb. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.
Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə oyundan əvvəl infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun dünənki görüşdən öncə müsbət nəticə verib.
Qeyd edək ki, milli, səfərə 29 futbolçu ilə yollanmışdı.